Səudiyyə Ərəbistanı pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi bəyanat yayıb.
Nazirliyin rəsmisi general-mayor Türki Əl-Malikinin bəyanatına əsasən hava məkanını pozan iki PUA uğurlu şəkildə səmada zərərsizləşdirilib.
Digər təfərrüatlar açıqlanmır.
"Cebheinfo.az"