Silahlı münaqişənin başlanğıcından bəri İranda 80-dən çox universitet, kitabxana və tədqiqat mərkəzinə hücum edilib.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Tacikistandakı səfiri Əlirza Hakikiyan Düşənbədə keçirilən tədbirdə bildirib.
O bildirib ki, bu, ABŞ və İsrailin anti-humanitar mahiyyətini ortaya qoyur.
“Universitetlərə və tədqiqat mərkəzlərinə edilən hücumlar, hər şeydən çox, düşmənlərinin anti-humanitar mahiyyətini ortaya qoyur. Hərbi əməliyyatların başlanğıcından bəri Amerika və sionist təcavüzkarları İranda 30-dan çox universitetə, bir neçə elmi və tədqiqat mərkəzinə və 55 kitabxanaya hücum ediblər”, - Hakikiyan vurğulayıb.
Bizim.Media