EN

İranın “Mozaika” planı: ABŞ və İsrailin “sürətli qələbə” xəyalı boşa çıxır?

​İranın 20 illik gizli "Mozaika Müdafiə Memarlığı" ABŞ və İsrailin hərbi planlarını çətinliyə salıb. Zaqros və Elburz dağlarının dərinliyində inşa edilən yeraltı "raket şəhərləri" Tehranın müharibədə "ilk zərbəni alsa belə, ayaqda qalmaq" strategiyasının sübutudur.

​Milli.Az xəbər verir ki, analitiklər İranın ən böyük üstünlüyünün nüvə materialları olduğunu bildirir.

İddiaya görə, hücumlardan əvvəl 400 kq zənginləşdirilmiş uran müxtəlif gizli nöqtələrə daşınıb. Bu, Tehranın gələcək diplomatik danışıqlarda əlində saxladığı ən böyük "silah"dır.
​Mütəxəssislər İranı "işğal etməyin" qeyri-mümkün olduğunu vurğulayırlar. Ölkənin 1,6 milyon kvadrat kilometrlik dağlıq coğrafiyası və müdafiə sistemi İraq və ya digər ölkələrdəki kimi sürətli zirehli irəliləyişə imkan vermir. Təkcə paytaxtı ələ keçirmək üçün 600 mindən çox əsgər lazımdır; hazırda isə bölgədə olan ABŞ qüvvələrinin sayı cəmi 50 mindir.
​ABŞ və İsrailin "sürətli, ucuz və itkisiz" qələbə hədəfi boşa çıxıb. İranın zamanı uzatmaq və vurulsa belə, fəaliyyət qabiliyyətini qorumaq strategiyası müharibənin strateji xərclərini ABŞ və İsrailin əleyhinə çevirir.

​Səkinə Yusifova
Milli.Az

Chosen
18
1
milli.az

2Sources