EN

Müdafiə naziri Xadəmi sui-qəsdi barədə: İran liderlərini bir-bir ovlamağa davam edəcəyik

BAKI, 6 aprel. TELEQRAF

İsrail müdafiə naziri İsrael Kats İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat idarəsinin rəisi Məcid Xadəminin öldürülməsi barədə əvvəlcədən Baş Qərargah rəisi Eyal Zamirə tapşırıq verildiyini açıqlayıb.

Teleqraf xəbər verir ki, o, İranın bütün liderlərinin qorxu altında yaşadıqlarını bildirib.

“İran liderləri təqib hissi ilə yaşayırlar. Onları bir-bir ovlamağa davam edəcəyik”, - Kats vurğulayıb.

Xatırladaq ki, Məcid Xadəni aprelin 6-da İsrail Hərbi Hava Qüvvələrinin İrana hava zərbələri nəticəsində öldürülüb. SEPAH məlumatı təsdiqləyib.

Chosen
15
teleqraf.com

1Sources