EN

Kavelaşvilinin sosial şəbəkə hesabında İlham Əliyevin səfəri ilə bağlı paylaşım edildi

ain.az, Unikal.az portalına istinadən məlumat verir.

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Prezident İlham Əliyevin səfəri ilə bağlı sosial şəbəkədə paylaşım edib.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyevin səfəri barədə Kavelaşvilinin "X” hesabındakı paylaşımda deyilir:

“Azərbaycan Prezidentinin rəsmi şəkildə qarşılanma mərasimi baş tutdu. Həmkarımı Gürcüstanın Prezident Sarayında qarşıladım. Mərasimin bir hissəsi olaraq, hər iki ölkənin dövlət himnləri səsləndirildi. Rəsmi səfər çərçivəsində, həmkarımla üzbəüz görüş keçirdim. Azərbaycan Respublikası Prezidenti səfər zamanı öz həyat yoldaşı və rəsmi nümayəndə heyəti tərəfindən müşayiət olunub”, - Kavelaşvili qeyd edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
5
14
unikal.az

10Sources