EN

Cənubi Koreya Prezidenti Kim Çen Indan üzr istədi

Cənubi Koreya Prezidenti Li Ce Myonq Koreya Xalq Demokratik Respublikasına (Şimali Koreya - KXDR) dronların gizli şəkildə buraxılmasına görə üzr istəyib.

Bu barədə Oxu.Az TASS-a istinadən məlumat yayıb.

"Bunu hökumət etməsə də, ehtiyatsız davranışın yaratdığı lazımsız hərbi gərginliyə görə Şimali Koreyadan üzr istəyirəm", - deyə prezident bildirib.

Qeyd olunub ki, yanvarın əvvəllərində KXDR hərbçiləri sentyabrın 27-si və yanvarın 4-də Cənubi Koreyadan buraxılan pilotsuz uçuş aparatlarının onların hava məkanını pozduğunu açıqlayıblar.

Koreya Respublikasının Silahlı Qüvvələri bu insidentdə iştirakını təkzib edib və rəsmilər bunun mülki şəxslər tərəfindən edilməsi şübhəsi ilə təhqiqata başlayıblar. Həmin vaxt mediaya müsahibə verən 30 yaşlı bir aspirant sentyabr-yanvar aylarında Xalq Respublikasının nüvə obyektlərində radiasiya səviyyəsini ölçmək məqsədilə KXDR-ə PUA-ların onun tərəfindən göndərdiyini iddia etmişdi.

Bundan əvvəl Koreya Respublikasının prokurorluğu aralarında aspirantın da olduğu üç mülki vətəndaşa düşmənə kömək etmək ittihamı irəli sürüb. Hüquq-mühafizə orqanları həmçinin bu şəxslərin hərbi kəşfiyyat zabitləri ilə əlaqələrini də araşdırırdı. Pxenyan isə Seuldan bu hadisələrə görə üzr istəməsini tələb edib.

"Cebheinfo.az"

Chosen
33
1
cebheinfo.az

2Sources