Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Pxenyan Cənubi Koreya Prezidenti Li Ce Myonqun pilotsuz uçuş aparatının (PUA) Şimali Koreya hava məkanına daxil olması ilə bağlı insidentə verdiyi reaksiyanı yüksək qiymətləndirib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Conq bildirib.
Kim Yo Conq Cənubi Koreya prezidentinin lazımsız hərbi gərginliyə səbəb olan məsuliyyətsiz və ağılsız hərəkətlərə görə təəssüf hissi keçirməsini "çox ümidverici və müdrik davranış" kimi xarakterizə edib:
"Dövlətimizin rəhbəri bu davranışı namuslu və nəcib bir insanın hərəkəti kimi qiymətləndirdi".
Bununla yanaşı, Kim Yo Conq vurğulayıb ki, Koreya Respublikası sülh və sabitliyin əhəmiyyəti barədə yalnız sözdə danışmamalı, həm də KXDR-ə qarşı "ağılsız təxribatları" əməldə dayandırmalıdır. O, həmçinin Seulun öz təhlükəsizliyi üçün Pxenyanla əlaqə yaratmaq cəhdlərindən imtina etməli olduğunu bildirib:
"Koreya Respublikası dərindən dərk etməlidir ki, əvvəlcədən xəbərdar etdiyimiz kimi, dövlətimizin toxunulmaz suverenliyini pozan təxribatlar təkrarlanarsa, o, təsəvvüredilməz dərəcədə böyük bədəl ödəyəcək".
11:08
Cənubi Koreya prezidenti Li Ce Myonq Koreya Xalq Demokratik Respublikasına (Şimali Koreya - KXDR) dronların gizli şəkildə buraxılmasına görə üzr istəyib.
Bu barədə Oxu.Az TASS-a istinadən məlumat yayıb.
"Bunu hökumət etməsə də, ehtiyatsız davranışın yaratdığı lazımsız hərbi gərginliyə görə Şimali Koreyadan üzr istəyirəm", - deyə prezident bildirib.
Qeyd olunub ki, yanvarın əvvəllərində KXDR hərbçiləri sentyabrın 27-si və yanvarın 4-də Cənubi Koreyadan buraxılan pilotsuz uçuş aparatlarının onların hava məkanını pozduğunu açıqlayıblar.
Koreya Respublikasının Silahlı Qüvvələri bu insidentdə iştirakını təkzib edib və rəsmilər bunun mülki şəxslər tərəfindən edilməsi şübhəsi ilə təhqiqata başlayıblar. Həmin vaxt mediaya müsahibə verən 30 yaşlı bir aspirant sentyabr-yanvar aylarında Xalq Respublikasının nüvə obyektlərində radiasiya səviyyəsini ölçmək məqsədilə KXDR-ə PUA-ların onun tərəfindən göndərdiyini iddia etmişdi. Bundan əvvəl Koreya Respublikasının prokurorluğu aralarında aspirantın da olduğu üç mülki vətəndaşa düşmənə kömək etmək ittihamı irəli sürüb. Hüquq-mühafizə orqanları həmçinin bu şəxslərin hərbi kəşfiyyat zabitləri ilə əlaqələrini də araşdırırdı. Pxenyan isə Seuldan bu hadisələrə görə üzr istəməsini tələb edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.