EN

Eritreya millisinin yeddi futbolçusu itkin düşüb

Bakı, 6 aprel, AZƏRTAC

Eritreya millisinin yeddi futbolçusu itkin düşüb.

AZƏRTAC xəbər verir ki, hadisə Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində Esvatini (2:1) oyunundan sonra baş verib.

Qarşılaşma Cənubi Afrika Respublikasının ərazisində keçirilib. Lakin matçdan sonra komandanın yeddi üzvü vətənə qayıtmayıb. Həmin futbolçuların hamısının yerli klublarda çıxış etdiyi bildirilib.

Qeyd edək ki, Eritreya millisi 2019-cu ilin dekabrından etibarən rəsmi və yoldaşlıq oyunları keçirməyib. Bu səbəbdən də FIFA reytinqindən çıxarılıb.

 

Chosen
17
2
azertag.az

3Sources