EN

Avropa çempionatında Azərbaycandan 14 şahmatçı iştirak edəcək

BAKI, 6 aprel. TELEQRAF

Aprelin 7-də Polşanın Katovitse şəhərində şahmat üzrə şəxsi Avropa çempionatına start veriləcək.
Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, mötəbər yarışda 43 ölkədən 502 şahmatçı iştirak edir. Azərbaycanı Avropa çempionatında 14 şahmatçı təmsil edəcək.

Qitə çempionatında təmsilçilərimizdən Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva, Süleyman Süleymanlı, Əli Zuqanov və Ceyhun Hüseynzadə mübarizə aparacaq.
Avropa çempionatı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazandıracaq.
Xatırladaq ki, qitə çempionatı 11 turdan ibarət olaraq təşkil edilir. Yarışa aprelin 19-da yekun vurulacaq.

Chosen
4
5
teleqraf.com

10Sources