EN

SEPAH-dan Trampın açıqlamasından sonra XƏBƏRDARLIQ

Ajans.az xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçilərinin (SEPAH) “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari deyib. “Lap əvvəldən bəyan etmişik ki, mülki obyektlərə qarşı istənilən hücum regionun istənilən nöqtəsində qarşı tərəfin maraqlarına yönəlmiş daha sərt cavabla qarşılanacaq. Mülki hədəflərə hücumlar təkrarlanarsa, növbəti hücum və cavab əməliyyatlarımızın mərhələləri daha sərt və genişmiqyaslı olacaq, belə siyasət davam edərsə, qarşı tərəfin itkiləri və vurulan ziyan dəfələrlə artacaq”, - o bildirib.

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı aprelin 6-dək açılmayacağı təqdirdə İranın enerji və mülki infrastrukturuna zərbə endiriləcəyi ilə hədələyib.

Chosen
7
1
Ajans.az

2Sources