EN

Bəzi şəxslərin maaşı artacaq? - Deputat açıqlayıb

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Azərbaycanda iş yerləricinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işiyerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcluolacaq.

Trend xəbərverir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü,deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yeni dəyişikliklərişərh edib.

Millət vəkili bildirib ki, dəyişiklik qadınlarla kişilərin maaşfərqlərinin daha da minimumlaşdırılması məqsədi daşıyır:

“Hazırda ölkə üzrə qadınların orta maaşı kişilərin əməkhaqqlarının təxminən 70 faizinə bərabərdir. Beynəlxalq praktikada80 və daha yüksək faiz daha məqbul hesab olunur. Doğrudur,Azərbaycanda gender maaş fərqinə bir sıra sektorlarda, xüsusənmədənçıxarma sənayesində daha çox kişilərin işə cəlb edilməsi təsirgöstərir. Bununla belə, qanunvericiliyə təklif edilən yenidəyişikliklərdən sonra bir sıra sektorlarda qadınların maaşlarındaartımlar müşahidə oluna bilər. Belə ki, bu sahədə tələblər vəişəgötürənlər üçün vəziflələri daha da dəqiqləşir. Bu isə qadınlarilə kişilərin orta əmək haqqları arasındakı fərqin daha daazalmasına gətirib çıxaracaq”.

Chosen
12
az.trend.az

1Sources