EN

“Troni” investisiya şirkətinin dövriyyəsi azalır - RƏQƏMLƏR

Cari ilin yanvar-mart aylarında “Troni” QSC investisiya şirkətinin birja dövriyyəsi 125 milyon 766 min manat olub.

FED.az biznes və maliyyə xəbərləri portalı Bakı Fond Birjasına istinadən xəbər verir ki, şirkətin dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 24 milyon 79 min manat, yaxud da 16,1% azalıb.

2025-ci ilin birinci rübündə şirkətin birja dövriyyəsi 149 milyon 846 min manat olmuşdu.

Qeyd edək ki, hesabat dövründə“Troni” QSC də daxil olmaqla 7 investisiya şirkətinin birja dövriyyəsində azalma müşahidə olunub.

Chosen
18
fed.az

1Sources