ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
İranlı rəsmilər bir-bir aradan götürüləcək.
“Ynet”in xəbərinə görə, bunu İsrailin müdafiə naziri İsrael Katz SEPAH-ın Kəşfiyyat Təşkilatının rəisi Seyid Məcid Xademinin öldürülməsinə münasibət bildirərkən deyib.
“İnqilab Keşikçiləri (SEPAH) mülki insanlara atəş açır. Biz terrorçuların liderlərini aradan götürürük. İranlı liderlər təqib olunma vəziyyətində yaşayırlar. Biz onları bircə-bircə axtarıb tapmağa davam edəcəyik”, - Katz vurğulayıb.
O əlavə edib ki, İsrail İranın petrokimyəvi sənayesinə və polad istehsalı infrastrukturuna zərbələr endirib.
“Bu gün və eləcə də hər gün bunun davamı gələcək”,- müdafiə naziri bildirib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.