EN

Peşəkar Çövkən Liqasında III tura yekun vurulub

Yazını böyüt
Yazını kiçilt

Peşəkar Çövkən Liqasında III tura yekun vurulub.

Hafta.az xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının məlumatına görə, turun mərkəzi qarşılaşmasında ilk 2 oyunda qalib gələn “Embavud” və “Sərhədçi” komandaları görüşüblər. Matç sərhədçilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər oyununda “Buta Qolden” “Şamaxı”nın qapısından 5 cavabsız top keçirib. Bazar günü keçirilən oyunlarda “Zəfər” “Xəzər”i 7:0, “Polad” isə “Omar”ı 3;0 hesabı ilə məğlub edib. “Elit”lə oyuna çıxmadığı üçün “Atilla” klubuna 0:6 hesablı texniki məğlubiyyət verilib.

Üç turdan sonra “Polad”, “Sərhədçi” və “Elit” komandaları 9 xalla turnir cədvəlinə başçılıq edirlər. Daha 3 komandanın aktivində 6 xal var.

Bombardirlərin siyahısına “Polad” klubundan Şəfayət Budaqov başçılıq edir. Onun aktivində 9, komanda yoldaşı Samir Pirimovun hesabında isə 8 qol var. “Sərhədçi”nin yetirmələrindən Vahid Məmmədov 7, İbrahim Rzalı 5 qol vurub.

Chosen
4
7
hafta.az

8Sources