EN

İşdən çıxarılan bağça müdiri valideynlərdən pul alıbmış

Zaqatala şəhər 6 saylı körpələr evi və uşaq bağçasının sabiq müdiri Lətifə Hasilovanın qanunsuz əməllərinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, istintaq zamanı Lətifə Hasilovanın qeyd olunan vəzifədə işlədiyi dövrdə rəhbərlik etdiyi müəssisəyə işə qəbul olunması məqsədilə ümumilikdə 10 nəfərdən külli miqdarda pul vəsaitini rüşvət qismində alması və digər qanunsuzluqlar törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Lətifə Hasilovaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan olunub.

Cinayət işi üzrə ibtidai istintaq başa çatdırılaraq ittiham aktı ilə baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Cebheinfo.az"

Chosen
24
30
cebheinfo.az

10Sources