EN

Aİ lideri İranı region ölkələrinə hücumlara son qoymağa çağırıb

Avropa İttifaqı İranı region ölkələrinə hücum etməkdən çəkindirib.

APA xəbər verir ki, bunu Aİ Şurası Prezidenti Antonio Koşta “X” hesabında İran prezidenti Məsud Pezeşkianla telefon danışığı barədə məlumat verərkən bildirib.

“Yaxın Şərqdə beş həftəlik müharibədən sonra aydındır ki, bu münaqişənin köklü səbəblərini yalnız diplomatik yol həll edə bilər. Mülki infrastrukturun- enerji obyektlərinin hər növ hədəfə alınması qeyri-qanuni və qəbuledilməzdir. Bu, Rusiyanın Ukraynadakı müharibəsinə və hər yerə aiddir. İranın mülki əhalisi rejimin əsas qurbanıdır. Xalq həm də genişlənən hərbi əməliyyatların əsas qurbanı olacaq”,- Koşta qeyd edib.

O, Aİ-nin İranı region ölkələrinə hücumlara son qoymağa və Hörmüz boğazında hərəkət azadlığını təmin etməyə çağırıb.

Chosen
21
4
apa.az

6Sources