EN

Yağış nə vaxtadək davam edəcək?

Yağış nə vaxtadək davam edəcək?

Azərbaycanda hazırda qeyri-sabit hava şəraiti aprelin 7-dək davam edəcək.

AFN.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd olunub ki, qeyri-sabit hava şəraitinin Bakıda və Abşeron yarımadasında aprelin 6-sı axşamadək, Azərbaycanın rayonlarında isə 7-si axşamadək davam edəcəyi gözlənilir.

Xatırladaq ki, son günlər ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti bəzi bölgələrdə intensiv xarakter alıb. Sinoptiklər vətəndaşlara ehtiyatlı olmağı və rəsmi proqnozları izləməyi tövsiyə edir.

Chosen
14
33
afn.az

10Sources