Rusiyanın Dağıstan Respublikasında baş verən daşqın nəticəsində 5 yaşlı qız uşağı həyatını itirib.
Redaktor.az bu barədə rus mediasına istinadla xəbər verir.
Məlumata əsasən, bununla da əlverişsiz hava şəraiti səbəbindən ölənlərin sayı 4-ə yüksəlib.
Mənbənin bildirdiyinə görə, 5 yaşlı qızın meyiti Dərbənd rayonunun Mamedkala kəndi yaxınlığında aşkar edilib. Uşaq Velikent kəndindən olub. Federal magistral yolun Mamedkala qəsəbəsi ərazisində suyun səviyyəsinin qalxması nəticəsində yaranan güclü axın uşağı aparıb.
NURİYYƏ