EN

İsraildə İrana casusluqda şübhəli bilinən şəxs həbs edilib

Qüdsdə (İsrail) İrana casusluq etməkdə şübhəli bilinən bir nəfər saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "The Times of Israel" yazıb.

Qeyd olunub ki, şübhəli şəxsin 2025-ci il ərzində ölkənin müxtəlif bölgələrində kəşfiyyat məlumatları topladığı ehtimal olunur. Polisin məlumatına görə, o, bunun üçün radio avadanlıqlarından istifadə edib.

Həmin şəxsin öz kuratoru ilə internetdə tanış olduğu və ondan kriptovalyuta ilə ödəniş aldığı bildirilir.

Chosen
3
2
far.az

3Sources