EN

Qüdsdə İrana Casusluqda Şübhəli Şəxs Saxlanıldı

İsrailin nəzarətində olan Qüds şəhərində İrana casusluq etməkdə şübhəli bilinən bir şəxs həbs olunub.

News365.az xəbər verir ki, məlumatı "The Times of Israel" yayıb. Bildirilir ki, saxlanılan şəxs 2025-ci il ərzində ölkənin müxtəlif bölgələrində kəşfiyyat məlumatları toplamaqda şübhəli bilinir və bu məqsədlə radio avadanlıqlarından istifadə edib.

Məlumata görə, şübhəli şəxs öz kuratoru ilə internet vasitəsilə əlaqə qurub və tapşırıqlarına görə kriptovalyuta ilə ödəniş alıb. Hazırda İsrail hüquq-mühafizə orqanları araşdırmaları davam etdirir.

News365.az

Chosen
8
news365.az

1Sources