Ukrayna pilotsuz sistemləri Rusiyanın Novorossiysk limanında yerləşən “Admiral Qriqoroviç” freqatına zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (“Madyar”) Telegram-da bildirib.
Reuters yazır ki, Ukrayna tərəfi hədəf alınan gəminin məhz “Admiral Qriqoroviç” raketdaşıyıcısı olduğunu açıqlayıb.
Ukrayna mənbələrinin məlumatına görə, eyni əməliyyat zamanı “Sivaş” qazma platforması və “Şesxaris” neft terminalı da hədəfə alınıb. “Ukrainska Pravda”nın yazdığına görə, freqat hədəfə yaxınlaşan dronlara qarşı birbaşa gəmi göyərtəsindən hava hücumundan müdafiə raketləri buraxsa da, zərbənin qarşısını ala bilməyib.
“Admiral Qriqoroviç” Rusiya Hərbi Dəniz Donanmasının “Burevestnik” layihəli ilk freqatı sayılır. Gəmi 8 “Kalibr” qanadlı raketi və 24 “Ştil-1” zenit raketi ilə silahlanıb. Reuters qeyd edir ki, Ukrayna bu zərbəni Rusiyanın Qara dənizdəki hərbi və enerji infrastrukturuna təzyiq kampaniyasının davamı kimi təqdim edir.
Hazırda gəminin aldığı zərərin dərəcəsi barədə müstəqil və tam təsdiqlənmiş məlumat yoxdur. Ukrayna tərəfi kəşfiyyatın nəticələri dəqiqləşdirdiyini bildirir.
Bizim.Media