ain.az, Bizim media portalına istinadən məlumat verir.
Rusiyanın müxtəlif bölgələrinə pilotsuz uçuş aparatları ilə növbəti genişmiqyaslı hücum həyata keçirilib.Bizim.Media xəbər verir ki, bu barədə UNİAN nəşri yazıb.Mənbə qeyd edir ki, təxminən üç yüzə yaxın PUA Rusiyaya zərbə endirmək üçün uçur.Onların bəziləri artıq Leninqrad vilayətinə yaxınlaşır.Rusiya tərəfinin rəsmi məlumatına görə, aprelin 3-nə keçən gecə 192, aprelin 4-nə keçən gecə isə 85 dron zərərsizləşdirilib.
Hücumların hədəflərindən biri də Leninqrad vilayəti olub. Vilayət rəhbərliyi regionda hava təhlükəsinin elan edildiyini, bir neçə pilotsuz aparatın məhv edildiyini və dron qalıqları nəticəsində xəsarət alanların olduğunu açıqlayıb.
Son həftələrdə Baltik istiqamətində, xüsusən Ust-Luqa və Primorsk limanlarına edilən zərbələr fonunda Leninqrad vilayəti Rusiyanın ən həssas istiqamətlərindən birinə çevrilib.
Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.