AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk görüşündə keçirilən oyunlarla bağlı mübahisəli qərarları şərh edib.
"Unikal" xəbər verir ki, sədr FIFA referisi Əliyar Ağayevin iki epizodda səhv qərar verdiyini təsdiqləyib.
R.Həsənov "Qarabağ" - "Sabah" görüşündə Rauf Cabarovun doğru qərarlar verdiyini söyləyib.
Xatırladaq ki, "Zirə" "Turan Tovuz"u iki cavabsız qolla üstələyib. "Qarabağ" - "Sabah" matçında qalib müəyyənləşməyib - 2:2. Cavab görüşləri aprelin 21-22 apreldə olacaq.