AZ

Əliyar Ağayevin "Turan Tovuz" - "Zirə" oyununda iki səhv qərarı təsdiqləndi

AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk görüşündə keçirilən oyunlarla bağlı mübahisəli qərarları şərh edib.

"Unikal" xəbər verir ki, sədr FIFA referisi Əliyar Ağayevin iki epizodda səhv qərar verdiyini təsdiqləyib.

R.Həsənov "Qarabağ" - "Sabah" görüşündə Rauf Cabarovun doğru qərarlar verdiyini söyləyib.

Xatırladaq ki, "Zirə" "Turan Tovuz"u iki cavabsız qolla üstələyib. "Qarabağ" - "Sabah" matçında qalib müəyyənləşməyib - 2:2. Cavab görüşləri aprelin 21-22 apreldə olacaq.

Seçilən
5
unikal.az

1Mənbələr