Tbilisi. Trend:
Azərbaycanın Birinci xanımı Mehriban Əliyeva aprelin 6-daTbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan MədəniyyətiMuzeyi ilə tanış olub.
Trend xəbərverir ki, Azərbaycanın Birinci xanımına muzey haqqında məlumatverildi.
Muzeyin binası vaxtilə Tbilisidə yaşayan Mirzə FətəliAxundzadənin vəsaiti ilə inşa edilib. Gürcüstanın azərbaycanlıziyalılarının müraciətinə əsasən, 1982-ci ildə binada Mirzə FətəliAxundzadənin ev-muzeyi yaradılıb. 1996-cı ildə Ümummilli LiderHeydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyətocağı əsaslı təmir olunaraq, həmin vaxtdan mədəniyyət mərkəzi kimifəaliyyət göstərir.
Gürcüstan Prezidentinin Sərəncamına əsasən, 2007-ci ildə MərkəzəAzərbaycan Mədəniyyəti Muzeyi statusu verilib və 2013-cü ildəAzərbaycan Respublikasının maliyyə dəstəyi ilə burada əsaslı təmirvə yenidənqurma işləri həyata keçirilib. Elə həmin il mayın 8-dəkeçirilmiş muzeyin açılış mərasimi Ulu Öndər Heydər Əliyevin 90illik yubileyinə həsr olunub.
Hazırda muzeyin nəzdində fəaliyyət göstərən mədəniyyətmərkəzində xalçaçılıq, musiqi, o cümlədən muğam, rəsm və dilkursları var.
Əsas məqsədi mədəniyyətimizi və xalqımızın mədəni irsiniGürcüstanda qoruyub saxlamaq və təbliğ etmək olan muzeydə bu ölkədəfəaliyyət göstərən müxtəlif muzeylərin fondlarından Azərbaycanınmədəni irsinə aid əşyalar tədqiq edilir, onların sərgilərikeçirilir.
Burada milli musiqi alətlərimizin və geyimlərimizin, xalqsənətinin müxtəlif sahələrinə aid nümunələrin, M.F.Axundzadəninhəyat və fəaliyyətini əks etdirən eksponatların və digər maraqlıəşyaların nümayiş olunduğu 6 ekspozisiya zalı var.
Ekspozisiyada Gürcüstanda yaşayan etnik azərbaycanlılartərəfindən toxunmuş və Milli Muzeydə saxlanılan ənənəvi xalçalar datəqdim olunur. Onların yaradılma tarixi yüzilliklərə gedib çıxır.Bu xalçaların toplanması və elmi cəhətdən öyrənilməsi XIX əsrinortalarından – məhz Gürcüstan Milli Muzeyinin hüquqi varisi olduğu“Qafqaz Muzeyi” dövründən başlayır.
Azərbaycan-Gürcüstan dostluğuna həsr olunmuş zalda hər ikiölkənin heykəltaraşlarının xalqlarımızın dostluq münasibətləriniəks etdirən əsərləri, Tbilisi şəhərində Ulu Öndər Heydər Əliyevinadını daşıyan mədəniyyət və istirahət parkının, M.F.Axundzadə adınaməktəbin və kitabxananın, Bakı şəhərindəki Tbilisi prospektinin və“Dostluq abidəsi”nin fotoşəkilləri yer alıb.
Mədəni tədbirlər və konfransların da keçirildiyi muzeydə MirzəŞəfi Vazehin 1820-1830-cu illərdə Gəncədə qurduğu “Divani-Hikmət”ədəbi məclisinin fəaliyyətini davam etdirən “Müdriklər Məclisi”yaradılıb. Burada Tbilisi şəhərində yeganə olan Azərbaycan dilindəkitabxana və incəsənət qalereyası fəaliyyət göstərir.
Sonra Azərbaycanın Birinci xanımı muzeyin xatirə kitabına ürəksözlərini yazdı. Uşaqlar tərəfindən toxunmuş kiçik xalçalar xanımMehriban Əliyevaya hədiyyə olundu.