Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilir
ADY sərnişin tələbatını təmin etmək məqsədilə 11 və 12 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.BUTA.TV xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.