EN

Övladının dəfnində "TikTok"da canlı yayım açan ailə nəzarətə götürüldü

Dövlət qurumları Sumqayıtda körpə övladının dəfni zamanı TikTok-da canlı yayım açan, cənazə ilə canlı yayım açıb sosial şəbəkələrdə yayan ailəni nəzarətə götürüb.

"Unikal" xəbər verir ki, bu barədə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu məlumat verib. 

Bildirilib ki, Sumqayıt şəhərində baş vermiş hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətə götürülüb və diqqətdə saxlanılır:

"Hadisə baş verən ailəyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, eləcə də yerli icra hakimiyyəti və Bəllədiyyə nümayəndələri tərəfindən yerində baxış keçirilib. Ailənin mövcud vəziyyəti qiymətləndirilib, uşaqların sağlamlıq durumu və sosial şəraiti ilə bağlı ilkin araşdırma aparılıb.

Məlumat verilib ki, hazırda zərərçəkmiş uşaqların müalicəsi tibb müəssisələrində davam etdirilir və onların vəziyyəti həkim nəzarətindədir. Eyni zamanda qeyd olunur ki, baş verən hadisənin dəm qazından zəhərlənmə ehtimalı araşdırılır və bu istiqamətdə müvafiq yoxlamalar aparılır.

Qeyd edim ki, aparılan araşdırmaların nəticələrinə əsasən məsələyə hüquqi və sosial qiymət veriləcək. Bununla yanaşı, valideynləri və ailə üzvlərini uşaqlara qarşı ümumilikdə daha diqqətli və həssas olmağa çağırırıq. Uşaqların təhlükəsizliyi, sağlamlığı və rifahı gündəlik qayğı və məsuliyyət tələb edir.
Araşdırmaların yekunu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", Teymur Mərdanoğlu vurğulayıb.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada ölüb. Beş uşaqdan üçünün müalicəsi hazırda xəstəxana şəraitində davam etdirilir, üçünün vəziyyəti ağırdır.

Chosen
10
4
unikal.az

10Sources