EN

AEBA: "Buşehr" AES son zərbələr nəticəsində zədələnməyib

İranın "Buşehr" atom elektrik stansiyası (AES) yaxınlığındakı son zərbələr stansiyanın özünün zədələnməsinə səbəb olmayıb.

"Report" xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Aprelin 5-nə olan peyk görüntülərinin təhlilinə əsasən, zərbələrdən biri obyektin perimetrindən cəmi 75 metr məsafəyə düşüb, AES-in özü isə zərər görməyib.

AEBA-nın baş direktoru Rafael Qrossi bununla yanaşı xəbərdarlıq edib ki, AES-in yaxınlığında davam edən hərbi fəaliyyət həm İranda, həm də onun hüdudlarından kənarda əhali və ətraf mühit üçün fəsadları olacaq ciddi radiasiya qəzasına gətirib çıxara bilər.

O, həmçinin tərəfləri nüvə obyektlərinə və ətraf ərazilərə zərbələr endirməkdən çəkinməyə çağırıb.

Chosen
5
far.az

1Sources