EN

İranın liderlərini bir bir tapıb aradan götürəcəyik

ain.az bildirir, Milli.az portalına istinadən.

İranlı rəsmilər bir-bir aradan götürüləcək.

Milli.Az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz SEPAH-ın Kəşfiyyat Təşkilatının rəisi Seyid Məcid Xademinin öldürülməsinə münasibət bildirərkən deyib.

"İnqilab Keşikçiləri (SEPAH) mülki insanlara atəş açır. Biz terrorçuların liderlərini aradan götürürük. İranlı liderlər təqib olunma vəziyyətində yaşayırlar. Biz onları bircə-bircə axtarıb tapmağa davam edəcəyik", - Katz vurğulayıb.

O əlavə edib ki, İsrail İranın petrokimyəvi sənayesinə və polad istehsalı infrastrukturuna zərbələr endirib.

"Bu gün və eləcə də hər gün bunun davamı gələcək",- müdafiə naziri bildirib. /apa

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
8
news.milli.az

9Sources