EN

Oğrunu tutmağa çalışan satıcı işdən çıxarıldı

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mağazadan oğurluq edən şəxsi saxlamağa cəhd edən işçi işdən çıxarılıb.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, qeyri-adi olay Londonda "Waitrose" supermarket şəbəkəsində baş verib. 

Belə ki, 54 yaşlı mağaza satıcısı Uoker Smit növbəsi zamanı bir müştərinin mağazadan şokoladlar götürdüyünü görüb. O, müdaxilə etməyə çalışsa da, qısa mübahisə yaranıb, torba cırılıb və məhsullar yerə tökülüb. Şokoladlardan biri qırılıb.

Hadisədən sonra mağaza meneceri Smitə töhmət verib və məsələ rəhbərliyə ötürülüb. Smit bildirib ki, əvvəllər işçilərə oğurluq hallarında müdaxilə etməmək tapşırılıb, lakin davamlı hadisələr onu hərəkətə keçməyə vadar edib.

Şirkət isə açıqlamasında təhlükəsizlik qaydalarına ciddi riayət etdiklərini və əməkdaşların bu qaydalara əməl etməli olduğunu vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
unikal.az

1Sources