EN

Sumqayıtda zəhərlənən 9 uşaqlı ailə ilə bağlı rəsmi məlumat

Sumqayıt şəhərində baş verən hadisə ilə bağlı vəziyyət aidiyyəti qurumlar tərəfindən ciddi nəzarətə götürülüb və diqqətdə saxlanılır.

 

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

 

Bildirilib ki, Hadisə baş verən ailəyə komitə, eləcə də yerli icra hakimiyyəti və Bələdiyyə nümayəndələri tərəfindən yerində baxış keçirilib. Ailənin mövcud vəziyyəti qiymətləndirilib, uşaqların sağlamlıq durumu və sosial şəraiti ilə bağlı ilkin araşdırma aparılıb:

 

"Hazırda zərərçəkmiş uşaqların müalicəsi tibb müəssisələrində davam etdirilir və onların vəziyyəti həkim nəzarətindədir. Eyni zamanda, baş verən hadisənin dəm qazından zəhərlənmə ehtimalı da araşdırılır və bu istiqamətdə müvafiq yoxlamalar aparılır".

 

Qeyd edilib ki, aparılan araşdırmaların nəticələrinə əsasən məsələyə hüquqi və sosial qiymət veriləcək: "Bununla yanaşı, valideynləri və ailə üzvlərini uşaqlara qarşı ümumilikdə daha diqqətli və həssas olmağa çağırırıq. Uşaqların təhlükəsizliyi, sağlamlığı və rifahı gündəlik qayğı və məsuliyyət tələb edir.

 

Araşdırmaların yekunu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək".

Tarix: 6 Aprel 2026, 17:12   
Chosen
2
10
pravda.az

10Sources