EN

İsrail İranın ən böyük neft-kimya müəssisəsinə hücum etdi

İsrail Hərbi Hava Qüvvələri İranın ən böyük neft-kimya müəssisəsi olan Əsəluyədəki Cənubi Pars neft-kimya müəssisəsinə zərbə endirib.

Publika.az “The times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail müdafiə naziri İsrael Katz bəyanat yayıb.

"İranın ən böyük neft-kimya müəssisəsinə, ölkənin neft-kimya istehsalının təxminən 50 faizinə cavabdeh olan Əsəluyədə yerləşən mərkəzə güclü zərbə endirilib. Ümumilikdə İranın neft-kimya ixracatının təxminən 85 faizinə cavabdeh olan iki müəssisə istifadədən çıxarılıb və fəaliyyət göstərmir. Bu, İran rejiminə on milyardlarla dollar dəyərində ağır iqtisadi zərbədir”, - deyə o qeyd edib.

Chosen
43
publika.az

1Sources