EN

İspaniyada Tramp ən böyük təhlükə kimi qiymətləndirilir

Sorğu nəticələrinə görə, ABŞ prezidenti Putin və Netanyahudan daha qorxunc siyasətçi hesab olunur...

Poliqon xəbər verir ki, bu barədə Pais qəzeti məlumat yayıb.

Məlumata əsasən, İspaniyada keçirilmiş sorğunun nəticələri göstərir ki, respondentlərin 63 faizi ABŞ-nin prezidenti Donald Trampı “çox yüksək təhlükə” kimi qiymətləndirir. Bu göstərici onu digər beynəlxalq liderlərlə müqayisədə ilk sıraya çıxarır.

Sorğuya görə, Rusiya prezidenti Vladimir Putinlə bağlı eyni fikri bildirənlərin nisbəti 52 faiz təşkil edir. İsrailin baş naziri Benyamin Netanyahu isə respondentlərin 46 faizi tərəfindən “çox yüksək təhlükə” kimi qiymətləndirilib.

Araşdırma nəticələri göstərir ki, İspaniya ictimaiyyətində qlobal siyasi liderlərə münasibətdə ciddi narahatlıq mövcuddur və xüsusilə ABŞ siyasəti ilə bağlı risk algısı daha yüksəkdir.

Ekspertlər hesab edirlər ki, bu nəticələr son dövrlərdə beynəlxalq gərginliyin artması, hərbi ritorikanın sərtləşməsi və geosiyasi qarşıdurmaların dərinləşməsi ilə bağlıdır.

Poliqon.info

Chosen
21
poliqon.info

1Sources