EN

Azərbaycan millisi Gəncə Avropa Kubokunu 24 medalla başa vurub

Gəncədə keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatıb.

“İki sahil” xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan beynəlxalq turnirin son günündə daha 8 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. Azərbaycan cüdoçuları ikinci günü 2 qızıl, 1 gümüş və 8 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurublar. Yusif Nəzər (-73 kq) və Yaqub Məmmədov (-81 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Sadiq Məmmədov (-73 kq) gümüş medalla kifayətlənib. Bürünc medallara isə Akif Məmmədli (-73 kq), Polad Həsənli, Amin Mehdiyev (hər ikisi -81 kq), Ömər Axundov, Nurəddin Əliyev (hər ikisi -90 kq), Hüseyn Hüseynov, Tamerlan Əliyev (hər ikisi +90 kq) və Məsumə Məmmədli (-70 kq) sahib çıxıblar.

Xatırladaq ki, turnirin ilk günündə Rza Xəlilli (-55 kq) qızıl medal əldə edib. Fatimə Fərmanzadə (-48 kq), Fərid Rzazadə (-50 kq), İbrahim Talıbov (-55 kq), İlkin Qarayev (-66 kq) gümüş, Sunay Salamova (-40 kq), Fatimə Abdullayeva (-44 kq), Könül Eyvazlı (-52 kq), Zəhra Mövləmverdiyeva, Nərmin Ağamirzəzadə (hər ikisi -52 kq), Fərid Xudiyev (-55 kq), Mehman Əsgərov (-60 kq) və Sənan Piriyev (-66 kq) bürünc medala yiyələniblər. 

Beləliklə, Azərbaycan millisi Gəncə Avropa Kubokunu ümumilikdə 3 qızıl, 5 gümüş və 16 bürünc olmaqla 24 medalla komanda hesabında 2-ci pillədə tamamlayıb

Chosen
3
9
ikisahil.az

10Sources