EN

Vergi ödəyiciləri üçün yeni istifadəçi təlimatları hazırlanıb

Vergi ödəyicilərinin elektron xidmətlərdən istifadəsini asanlaşdırmaq məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəsmi internet səhifəsində bir sıra istifadəçi təlimatları yerləşdirilib.

Təlimatlar vasitəsilə vergi ödəyiciləri “Vergi və məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları üzrə borc barədə arayış”, “Rezidentlik sertifikatının alınması haqqında ərizə (DTA 01-Forması)”, “İxrac qeydi ilə satılan malların ixrac edilməsinə dair məlumat forması”, “Hüquqi şəxslərin dövlət reyestr məlumatları barədə sorğu” elektron xidmətlərinin istifadə qaydası ilə tanış ola bilərlər.

DVX bütün vergi ödəyicilərini təqdim olunmuş təlimatlardan faydalanmağa və elektron xidmətlərdən yararlanmağa dəvət edir. Təlimatlarla bu link vasitəsilə tanış olmaq mümkündür.

Chosen
58
vergiler.az

1Sources