EN

"TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdirilməsinin vaxtıdır" - Adil Qeybulla

"Bu iki qurum da icraedici qurumlardır və demək olar ki, eyni funksiyanı icra edirlər. Bu baxımdan onların birləşdirilməsi məqsədəuyğun olar".

Bunu Redaktor.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla TƏBİB-in ləğv edilib Səhiyyə Nazirliyinə birləşdiriləcəyi barədə səsləndirilən iddialardan danışarkən bildirdi. 

"Əlbəttə, bu, prezidentin səlahiyyətində olan məsələdir, biz sadəcə olaraq təklifimizi səsləndirə bilərik. Bir məsələ də var ki, dünyanın əksər ölkələrində dövlətin səhiyyə sahəsində siyasətini Səhiyyə və ya Sağlamlıq Nazirliyi həyata keçirir. Bəzi ölkələrdə bu nazirlik sosial müdafiə ilə birlikdə fəaliyyət göstərir, bəzi ölkələrdə isə fərqli modellər tətbiq olunur. Lakin bu sahənin bölünməsi və xırda strukturlara ayrılması işin effektivliyini azaldır. Bu bölünmənin yaranma səbəbi icbari tibbi sığorta sisteminin Azərbaycanda ilk dəfə tətbiqi ilə bağlı olub və bu sistemə nəzarətin həyata keçirilməsi məqsədi daşıyıb. Artıq bu praktika özünü doğruldub, icbari tibbi sığorta tətbiq edilib və müəyyən müddət keçib. Hesab edirəm ki, bu baxımdan TƏBİB-in də Səhiyyə Nazirliyinə birləşdirilməsinin vaxtıdır. Bu addım işin effektivliyini artırar", - deyə professor yekunlaşdırdı.

NURİYYƏ

Chosen
35
redaktor.az

1Sources