EN

ABŞ nin pilot əməliyyatı, yoxsa zənginləşdirilmiş uranı götürmək cəhdi? İrandan HEYRƏTAMİZ İDDİA

ain.az, Oxu.az saytına istinadən bildirir.

"ABŞ-nin İranda qəzaya uğramış "F-15E" qırıcısının heyətini xilas etmək məqsədilə həyata keçirdiyi əməliyyat əslində İsfahanda yerləşən obyektdən zənginləşdirilmiş uranın oğurlanması məqsədini daşıya bilərdi".

Oxu.Az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama verib.

"Birləşmiş Ştatların ölkəmizin hava sərhədlərini pozaraq icra etdiyi əməliyyatla əlaqədar bir çox sual və şübhələr hələ də qalmaqdadır. Ehtimallara əsasən, pilot Kohgiluyə və Boyer-Əhməd ostanında gizlənmişdi. Lakin Amerikanın hava gəmisinin eniş etdiyi cənubi İsfahan ərazisi həmin məkandan çox uzaqdadır. Buna görə də həmin gedişin İran uranını mənimsəmək üçün istifadə olunan diqqətyayındırıcı taktika olması istisna edilmir", - deyə İranın dövlət televiziyası XİN rəsminə istinadən məlumat yayıb.

Bir müddət əvvəl isə ABŞ-nin "NBC News" telekanalı məlumat vermişdi ki, vurulmuş "F-15E" təyyarəsinin ikinci heyət üzvünün xilas edilməsi cəhdi birbaşa ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) həyata keçirdiyi dezinformasiya kampaniyasının fonunda baş tutub.

Qeyd edək ki, göyərtəsində iki nəfər olan "F-15E" qırıcısı aprel ayının 3-də İran səmasında hədəfə alınıb. Katapult sisteminin işə düşməsindən sonra pilot və şturman öz aralarında əlaqəni uğurla bərpa edə biliblər. Məlumatlı mənbələrin sözlərinə görə, birinci pilot qəzadan bir neçə saat sonra ərazidən çıxarılıb. Axtarış-xilasetmə tədbirləri əsnasında İran tərəfi əməliyyata cəlb olunmuş Amerikanın "Black Hawk" helikopterlərindən birinə zərbə endirib. Ekipaj üzvlərinin xəsarət almasına baxmayaraq, helikopter ərazidən uzaqlaşa bilib.

İkinci heyət üzvünün naviqator-operatorun aşkarlanması isə bir gündən çox çəkib. Onun xilas edilməsi prosesinə aprelin 4-də start verilib. Bu ərəfədə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar bölgədəki İran qüvvələrinin mövqelərinə hücum ediblər. Məqsəd yerli hərbçilərin ABŞ xüsusi təyinatlılarından daha tez hərəkət edərək ikinci heyət üzvünü tapmasının qarşısını almaq olub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
1
oxu.az

2Sources