EN

İranın xüsusi təyinatlıları başsız qaldı

Modern.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İsrail Hərbi Hava Qüvvələrinin ötən gün Tehrana endirdiyi zərbələr zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Xüsusi Əməliyyatlar Bölməsinin komandiri Əsgər Baqeri öldürülüb.

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü məlumat verib.

2019-cu ildən bəri İslam İnqilabı Keşikçiləri Korpusunun Xüsusi Əməliyyatlar Bölməsinin (840) komandiri olan Əsgər Baqeri son illərdə  bir sıra rəhbər vəzifələr tutub.

"O, çoxsaylı əməliyyatlara rəhbərlik edib və dünyanın hər yerində İsrail və Amerika vətəndaşlarına qarşı hücumlarda iştirak edib. Bakeri həmçinin İsrail dövlətinə qarşı terror hücumlarını, o cümlədən İsrail daxilində, eləcə də Suriya və Livanda həyata keçirilən əməliyyatları planlaşdırıb və idarə edib", - deyə İsrail tərəfinin açıqlamasında deyilir.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, Baqerinin rəhbərlik etdiyi 840-cı bölmə Suriya-İsrail sərhədində İsrail Müdafiə Qüvvələrinin qoşunlarına qarşı əməliyyatlar keçirib. Əməliyyatlarda əvvəllər Əsəd ordusunda xidmət etmiş suriyalı döyüşçülər iştirak edib. Baqeri əməliyyatlara müavini Məhəmməd Rza Ənsari ilə birlikdə və 2025-ci ildə Beyrut yaxınlığında öldürülən Qasım Salah əl-Hüseyni ilə birlikdə rəhbərlik edib.

"Baqeri Yaxın Şərqdə agentlərin cəlb edilməsində və İraq və Suriyadakı Amerika hədəflərinə hücumların təşkilində, o cümlədən amerikalıların itkisi ilə nəticələnən əməliyyatlarda birbaşa iştirak edib", - deyə yüksək vəzifəli bir məmur Fox News-a bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
6
modern.az

1Sources