EN

Bu şəxslər yüksək ixtisaslı miqrant hesab olunacaqlar - Cədvəl

Şəxsin yüksək ixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Dəyişikliyə əsasən, artıq qiymətləndirilmə meyarları və hər bir meyar üzrə qiymətləndirilmə aparılarkən təyin ediləcək bal hədləri aşağıdakı cədvələ əsasən müəyyən ediləcək:

Meyarlar

Qiymətləndirilir

(bal ilə)

1. Mütəxəssis olduğu sahədə təcrübəsi

0 – 35

2. Ölkənin sosial-iqtisadi inkişaf istiqamətləri ilə uyğunluğu

0 – 20

3. Təhsili

0 – 15

4. Maliyyə təminatı

0 – 15

5. Daxili əmək bazarına müsbət təsiri

0 – 10

6. Xarici dil bilikləri

0 – 5

Dəyişikliyə əsasən, artıq qiymətləndirilmə meyarları və hər bir meyar üzrə qiymətləndirilmə aparılarkən təyin ediləcək bal hədləri aşağıdakı cədvələ əsasən müəyyən ediləcək:

Meyarlar

Qiymətləndirilir (bal ilə)

1. Mütəxəssis olduğu sahədə təcrübəsi

0 – 55

2. Ölkənin sosial-iqtisadi inkişaf istiqamətləri ilə uyğunluğu

0 – 20

3. Maliyyə təminatı

0 – 15

4. Daxili əmək bazarına müsbət təsiri

0 – 10

Qeyd edək ki, verilmiş balların cəmi azı 70 (yetmiş) bal olduqda əcnəbi yüksək ixtisaslı miqrant hesab olunması üçün nəzərdə tutulan keçid balını toplamış hesab olunur.

 

Chosen
4
7
unikal.az

10Sources