EN

“Təsəvvür edirsinizmi, amerikalı desantlar İrandan uranı qaçırsınlar?” İlham İsmayıldan İLGİNC proqnoz

ain.az, Turkstan.az saytına istinadən bildirir.

Musavat.com-un “Üç sual, üç cavab” layihəsinin bugünkü suallarını təhlükəsizlik mütəxəssisi İlham İsmayıl cavablandırıb. Müsahibimizlə İranla bağlı ən son yenilikləri müzakirə etmişik.

- İlham bəy, rəsmi Tehran bildirir ki, amerikalı pilotun xilası adı altında zənginləşdirilmiş uranın ölkədən çıxarılmasına cəhd oluna bilər. Sizcə, amerikalı desantların bunu etməsi mümkündürmü?

- İranda zənginləşdirilmiş uranın yerini tək-tək, bir neçə adam bilir. O dərəcədə gizli saxlanılır ki, amerikalıların bilməsi inandırıcı deyil. Biz xəbərlər alırıq ki, hərdən Natanz və Fordo bazalarına hücum edilir, bununla belə, uranın yerini bilmək mümkün deyil. Hətta Fransa prezidenti Makron o zaman Qazaxıstanla bağlı deyirdi ki, uranı təyyarə ilə daşımaq təhlükəlidir və mümkün deyil. İndi təsəvvür edirsinizmi, amerikalı desantlar uranı götürüb aparsınlar? Bu, radiasiya təhlükəsi deməkdir. Odur ki, İrandan verilən açıqlama uranın yerini gizlətməkdir, aldadıcıdır, manipulyasiya məqsədi daşıyır. Ümumiyyətlə, inandırıcı deyil ki, İranın zənginləşdirilmiş uranı zərərsizləşdirilsin. Təyyarələrin vurulması da bununla bağlı deyil.

- Sizcə, İran reputasiyasını qoruya bilirmi? Yəni ABŞ təyyarələrini vurur, körfəzdəki bazalarına raket zərbələri endirir…

- Təbii ki, İran psixoloji üstünlüyə malikdir. Təsəvvür edin ki, bir güclü və bir zəif qarşılaşır. Belə desək, əfsanəvi Məhəmməd Əli ilə adi boksçu döyüşür. Biz də deyirik ki, buna bax, peşəkar qarşısında dözür, hətta zərbələr endirir. Ona görə də psixoloji üstünlük var. Əgər sabah atəşkəs olarsa, İran daha çox üstün görünəcək. Yəni bu müharibədə “qələbə” adı varsa, İrana uyğunlaşdırılacaq ki, zəif güclüyə məğlub olmadı. Baxmayaraq ki, ölkənin hərbi potensialı dağıdılıb, mühüm şəxsləri öldürülüb. Ancaq körfəz ölkələrini və ABŞ təyyarələrini vurması İrana psixoloji üstünlük qazandırır.

- Bəs ABŞ-nin imici necə olacaq? Düzdür, onlar Əfqanıstandan da qaçaraq çıxıblar. Hazırkı müharibə bu şəraitdə dayansa, Vaşinqton imicini itirəcəkmi?

- Əfqanıstan İran kimi müharibə aparmırdı. Bayden vaxtında amerikalılar gedəndə imici düşünmədilər. Bu, başqa məsələdir. İranla isə müharibə gedir. İndi bu əməliyyatların əleyhinə olanlar Trampın üzərinə basqı edirlər. Ona görə də müharibə indi dayansa Birləşmiş Ştatların imicinə zərər vuracaq. Trampı isə imic maraqlandırmır. Gah deyir Hörmüz açılmasa da olar, gah deyir ki, iki günə o boğazı açacaq… Ən əsası isə müttəfiqlərlə münasibətlər korlanıb. Yəni Venesuelada, Kubada hakimiyyətləri dəyişmək əvəzində xalqlara azadlıq gətirsəydi bu addımlar qəbul olunardı. Ancaq Tramp İrana qarşı müharibədə deyir ki, onun nefti ələ keçirəcəyik. Üstəlik, bir gündə bir neçə dəfə fikrini dəyişir. O baxımdan, 38 gündə ABŞ nə siyasi, nə hərbi hədəflərinə çatıb, İranla mübarizə isə davam edir. ABŞ-nin bu şəraitdə imici çətin vəziyyətdədir. O halda düzələr ki, bu həftə sonuna qədər masaya otursunlar. Kim şərtləri qəbul edər, kim etməz ayrı məsələdir. Sadəcə, Tehran masaya oturmur, bəribaşdan təhlükəsizliyinə zəmanət istəyir. O da İrana verilməyəcək. Nəticədə ola bilsin ki, Xarq adası vurulacaq. Quru əməliyyatları isə uğur gətirməyəcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
2
2
icma.az

3Sources