EN

Səfər oyunundan sonra milli komandanın yeddi oyunçusu itkin düşdü

Lent az saytına istinadən ain.az xəbər verir.

Eritreya milli komandasının yeddi oyunçusu 2027-ci il Afrika Millətlər Kubokunun seçmə mərhələsində Esvatini ilə səfər oyunundan sonra itkin düşüb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, oyun martın 31-də Cənubi Afrikada baş tutub və Eritreyanın 2-1 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra yeddi Eritreya oyunçusu evə qayıtmayıb və hazırda onların harada olduğu məlum deyil.

İtkin düşən oyunçuların adları açıqlanmayıb. Onların hamısının Eritreya klublarında oynadığı dəqiqləşdirilib.

Eritreya milli komandası 2019-cu ildən bəri yoldaşlıq oyunları da daxil olmaqla heç bir oyun keçirməyib. Komanda 2026-cı ilin yazında beynəlxalq arenaya qayıdıb. Komanda hazırda Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) reytinqində 184-cü yerdədir.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
lent.az

1Sources