EN

KXDR Cənubi Koreya prezidentinin dron insidenti ilə bağlı üzrünü qəbul edib

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Pxenyan Cənubi Koreya Respublikasının (KR) prezidenti Li Çje Myonun Koreya Xalq Demokratik Respublikasının (KXDR) hava məkanına pilotsuz uçuş aparatının daxil olması ilə bağlı insidentə reaksiyasından məmnun qaldığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinin (KMTA) yaydığı bəyanatda Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo Çjon məlumat verib.

O qeyd edib ki, aprelin 6-da KR prezidenti “lazımsız hərbi gərginliyə səbəb olan məsuliyyətsiz və düşünülməmiş hərəkətlərə” görə təəssüfünü ifadə edib və bu addımı “çox ümidverici və müdrik davranış” kimi qiymətləndirib. “Dövlət başçımız bunu səmimi və alicənab insanın davranışı kimi dəyərləndirdi”, – deyə Kim Yo Çjon əlavə edib.

Şöbə müdiri vurğulayıb ki, Cənubi Koreya yalnız sözlərlə sülh və sabitliyin vacibliyindən danışmamalı, həm də praktik olaraq KXDR-ə qarşı “düşünülməmiş təxribatlara” son qoymalıdır. O, həmçinin Seulun öz təhlükəsizliyi naminə Pxenyanla hər hansı təmas cəhdlərindən imtina etməli olduğunu bildirib.

“KR bir daha dərindən anlamalıdır ki, daha əvvəl də xəbərdarlıq edildiyi kimi, dövlətimizin toxunulmaz suverenliyini pozan təxribatlar təkrarlanarsa, bunun əvəzini ağlasığmaz dərəcədə ağır ödəyəcək”, – deyə Kim Yo Çjon yekunlaşdırıb.

Xatırladaq ki, yanvarın əvvəlində KXDR hərbçiləri 27 sentyabr və 4 yanvar tarixlərində Cənubi Koreyadan buraxılmış pilotsuz aparatların onların hava məkanını pozduğunu bildirib. Cənubi Koreya Silahlı Qüvvələri isə bu iddiaları rədd edib, hadisə ilə bağlı özəl şəxslərin iştirak ehtimalı üzrə araşdırmaya başlayıb.

Həmin dövrdə “30 yaşlı aspirant” mediaya müsahibəsində sentyabrdan yanvara qədər KXDR-in nüvə obyektlərində radiasiya səviyyəsini ölçmək məqsədilə dronları özü buraxdığını iddia edib. Daha əvvəl Cənubi Koreya prokurorluğu üç mülki şəxsə, o cümlədən həmin aspiranta qarşı “düşmənə yardım” ittihamı irəli sürüb. Hüquq-mühafizə orqanları bu şəxslərin hərbi kəşfiyyat zabitləri ilə əlaqələrini də araşdırıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
30
icma.az

1Sources