EN

Beşotaqlı ev əşyaları ilə birlikdə yandı

Yazını böyüt
Yazını kiçilt

Beyləqanın Dünyamalılar kəndində beşotaqlı fərdi yaşayış evində yanğın olub.

Hafta.az xəbər verir ki, yanğın kənd sakini Mahir Abdullayevə məxsus evdə baş verib.

İlkin məlumata görə, yanğın qısa müddətdə genişlənərək evin böyük hissəsini əhatə edib.

Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan rayon Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində yanğın söndürülüb və alovun ətraf tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
21
1
hafta.az

3Sources