EN

Benzin və dizel qıtlığı yarana bilər AÇIQLAMA

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Shell” şirkətinin baş icraçı direktoru Vail Savan Yaxın Şərqdəki gərginliyin neft məhsulları bazarına ciddi təsir göstərə biləcəyini açıqlayıb. O, Hörmüz boğazında davam edən böhranın benzin və dizel təchizatında çatışmazlığa səbəb ola biləcəyini vurğulayıb.Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Demokrat.az-a açıqlamasında deyib ki, hazırkı enerji böhranı həm təbiətinə, həm də nəticələrinə görə əvvəlki enerji böhranlarından köklü şəkildə fərqlənir:“Çünki o, artıq ənənəvi neft böhranı deyil, qlobal enerji sisteminin təməlinə təsir edən mürəkkəb böhrandır. Bu böhran vahid enerji dəhlizinin pozulması nəticəsində yaranıb. Yaxın Şərqdə yaşananlar 841 milyard barel təsdiq olunmuş neft ehtiyatına malik 6 körfəz ölkəsinin, o cümlədən Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, İran, İraq və Omanın birlikdə böhrana qədər gündəlik 25,1 milyon barel hasilat həcmlərini təhdid altına alıb. Bu, qlobal səviyyədə yüngül, orta-ağır və ağır neft balansının pozulması deməkdir. Eyni zamanda, körfəz ölkələrinin aktivində olan, sutkalıq emal gücü 12,9 milyon barel olan 26-dan çox neft emalı zavodunun fəaliyyəti pozulub. Hərbi əməliyyatlar Yaxın Şərqin aparıcı ixrac limanları olan Fuceyra, Ras Tanur, Cəbəl Əli, Cəbəl Danna, Əcman, Bəsrə, Sohar, Dukm, Bəndər Abbas, Mina əl-Əhmədi kimi terminalların ixrac qabiliyyətini məhdudlaşdırıb”.O bildirib ki, Yaxın Şərqdə 33 gündən artıq davam edən hərbi münaqişə qlobal ticarət axınlarını təhdid altına almaqla qlobal neft məhsullarının tədarükünün azalmasına səbəb olub:“Bu isə dünya bazarında açıq rəngli neft məhsullarının, o cümlədən müxtəlif markalı avtomobil benzininin (A93, A95, A98) və dizel yanacağının (Gasoil 0,1%, 10 ppm ULSD) qiymət artımına səbəb olub. Qiymət artımına təsir edən digər səbəb Yaxın Şərqdə və Rusiya-Ukrayna cəbhəsində hərbi əməliyyatların davam etməsi fonunda ayrı-ayrı hökumətlərin daxili bazarı qorumaq cəhdləri qarşılığında neft məhsullarının ixracına qoyulmuş qadağalardır. Sonda, Hörmüz boğazında yaranmış vəziyyət neft bazarlarının əslində çox məhdud ehtiyat hasilat gücü və kövrək tədarük zənciri ilə işlədiyini ortaya qoydu. Həm Yaxın Şərqdə, həm də Rusiya-Ukrayna cəbhəsində hərbi əməliyyatların davam etməsi neft və neft məhsulları bazarında qiymətlərin yüksək olmasına səbəb olacaq”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
demokrat.az

1Sources