EN

Nijnekamskda baş verən yanğında ölənlərin sayı 11 nəfərə çatıb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Moskva, 6 aprel, AZƏRTAC

Tatarıstanın Nijnekamsk şəhərində müəssisədə baş vermiş yanğın nəticəsində həlak olanların sayı 11 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, “Nijnekamskneftexim” şirkətində daha dörd nəfərin meyitinin aşkar edildiyi bildirilib, eyni zamanda, bir nəfərin axtarışları davam edir.

Xatırladaq ki, fövqəladə hadisə martın 31-də sintetik kauçuk istehsalı müəssisəsində baş verib. Şirkətin məlumatına görə, qaz qarışığının alışması və avadanlığın hermetikliyinin pozulmasının nəticələrinin aradan qaldırılması zamanı baş vermiş sonrakı partlayış hadisəyə səbəb olub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
5
2
azertag.az

3Sources