EN

Yerdən tapılan pul: Bu hal qanunla məsuliyyət yaradır

Yolda və ya hər hansı bir məkanda tapılan pulun taleyi Azərbaycan qanunvericiliyində dəqiq şəkildə tənzimlənir.

Publika.az Milli.Az-a istinadən bildirir ki, Mülki Məcəlləyə əsasən, belə hallarda vətəndaşların üzərinə müəyyən öhdəliklər düşür.

Belə ki, bir şəxs yolda və ya hər hansı bir yerdə pul tapdıqda, ilk növbədə həmin pulun sahibini tapmağa çalışmalıdır. Əgər pulun sahibi məlumdursa, pul dərhal ona qaytarılmalıdır. Pulun kimə məxsus olduğu bilinmirsə, tapan şəxs bu barədə dərhal polisə və ya müvafiq dövlət orqanlarına məlumat verməlidir.

Pul tapılan yer bir idarə, mağaza və ya nəqliyyat vasitəsidirsə, o, həmin yerin rəhbərliyinə və ya sahibinə təhvil verilməlidir. Bu halda, həmin müəssisənin sahibi artıq tapılan əşyanı saxlayan şəxs hesab olunur.

Qanun həmçinin tapılan pula görə mükafat hüququnu da tanıyır. Pulun sahibi tapıldıqda, tapıb qaytaran şəxs sahibindən pulun dəyərinin 5 faizinə qədər məbləğdə mükafat tələb edə bilər. Bundan əlavə, pulun saxlanması və sahibinin axtarılması üçün çəkilən xərclər də sahibi tərəfindən ödənilməlidir.

Chosen
30
6
publika.az

7Sources