EN

Ötən həftə 117 mina və 2254 partlamamış hərbi sursat zərərsizləşdirilib

ain.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən 30 mart – 5 aprel tarixlərində icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumat açıqlayıb.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyadaəleyhinə 83, tankəleyhinə 34 mina və 2 254 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Həmçinin 2278,1 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
21
yeniazerbaycan.com

10Sources