İranın Zimbabvedəki səfirliyi ABŞ prezidenti Donald Trampın açıqlamalarına istehza ilə reaksiya verib.
Musavat.com xəbər verir ki, diplomatik nümayəndəlik sosial şəbəkədə yaydığı açıqlamada Trampın üslubunu parodiya edərək onun “axşam saat 20:00” ultimatumunu hədəfə alıb.
Açıqlamada deyilir: “Axşam saat səkkiz o qədər də yaxşı vaxt deyil. Bunu günorta 13:00–14:00 aralığına, ya da mümkündürsə gecə 01:00–02:00 aralığına dəyişə bilərsinizmi? Bu mühüm məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirik”.
Musavat.com