AZ

Trampın “20:00 ultimatumu” ələ salındı – İran səfirliyindən istehza dolu cavab

İranın Zimbabvedəki səfirliyi ABŞ prezidenti Donald Trampın açıqlamalarına istehza ilə reaksiya verib.

Musavat.com xəbər verir ki, diplomatik nümayəndəlik sosial şəbəkədə yaydığı açıqlamada Trampın üslubunu parodiya edərək onun “axşam saat 20:00” ultimatumunu hədəfə alıb.

Açıqlamada deyilir: “Axşam saat səkkiz o qədər də yaxşı vaxt deyil. Bunu günorta 13:00–14:00 aralığına, ya da mümkündürsə gecə 01:00–02:00 aralığına dəyişə bilərsinizmi? Bu mühüm məsələyə diqqət ayırdığınız üçün təşəkkür edirik”.

Musavat.com

Seçilən
14
50
musavat.com

10Mənbələr