EN

Bakıda 3 min ev su kollektorunun üzərində tikilib

Bakıda 3 min ev su kollektorlarının üzərində tikilib.

Sitat.info bu barədə məlumatı etibarlı mənbədən əldə edib.

Bildirilib ki, Bakıda və Abşeronda ümumilikdə 3 min ev su kollektorunun üzərində inşa edilib.

Mənbə bildirir ki, bu hal əsasən son 10 il ərzində qeydə alınıb. 

Bu isə sıradan çıxan kollektorların inşasını çətinləşdirib.

Bugünlərdə isə kollektorların üzərində yerləşən evlərin sökütsünə başlanılıb.

Qeyd edək ki, Bakının Xətai rayonu, Rəşid Bağırov küçəsində üzərində evlər tikildiyinə görə diametri 1200 mm olan tullantı su kollektoru çöküb. Qəzaya səbəb olan ev sökülüb.

Nigar,

Sitat.info

 

 

Chosen
41
6
sitat.info

8Sources